Azərbaycanın futzal üzrə FİFA referisi Əli Cəbrayılov təyinat alıb.
Azərbaycan Futzal Federasiyasından Sportnet.az-a verilən məlumata görə, Cəbrayılov AVRO-2026-nın əsas mərhələsində fevralın 1-də keçiriləcək Danimarka – Qazaxıstan matçında 3-cü hakim funksiyasını yerinə yetirəcək.
Birinci və ikinci referi müvafiq olaraq slovakiyalı Rastislav Behantsin və Martin Matula olacaq. Hakim-inspektor isveçli İqor Baboviç, UEFA nümayəndəsi finlandiyalı Yirki Filppudur.