"Neftçi" klubu Kilan Lebonla yolları ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
27 yaşlı fransalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2023-cü ilin yanvarından "Neftçi"də forma geyinən Lebon bu müddət ərzində meydana çıxdığı 73 rəsmi oyunda 6 qol vurub.