"Neftçi"nin mövsümün ikinci yarısına hazırlığın qış mərhələsini Qəbələdə başa vurub.
Sportnet.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv Bakıya qayıdıb və bu gün Misli Premyer Liqasınn XIX turunun "Sabah"la oyununa hazırlığına başlayıb.
Noyabrda zədələnən komandanın hücumçusu Dembo Darbo fərdi proqrama əsasən bərpasını davam etdirir.
Qambiyalı hücumçunun yaxın günlərdə qrupa qoşulacağı gözlənilir.