"Qarabağ"ın zədəli futbolçuları Aleksey İsayev və Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.
Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Sportnet.az-a verdiyi məlumata görə, İsayev artıq komanda ilə məşqlərə başlayıb.
Hüseynov isə sabah "Şamaxı"ya qarşı keçirəcəkləri Misli Premyer Liqasının XIX turunun matçında iştirak etməyəcək. Hacıyev təcrübəli müdafiəçinin fərdi məşqlər etdiyini diqqətə çatdırıb: "Bədavi Hüseynovun UEFA Avropa Liqasının oyununda iştirakı hələlik sual altındadır".
Qeyd edək ki, “Qarabağ” – “Şamaxı” qarşılaşması yanvarın 17-də, saat 19:00-da start götürəcək. Ağdam komandası yanvarın 23-də UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda Rumıniyanın FCSB komandasını qəbul edəcək.