Fransanın PSJ klubu İtaliya “Napoli”sinin futbolçusu Xviça Kvaratsxeliyanı transfer edib.
Sportnet.az Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Gürcüstan millisinin yarımmüdafiəçisi ilə 2029-cu ilin iyununadək müqavilə bağlanılıb. 7 nömrəli formanı geyinəcək 23 yaşlı cinah oyunçusu klubun tarixində ilk gürcüstanlı futbolçu olacaq.
İtaliyalı insayder Fabritsio Romano “qırmızı-mavilər”in Neapol komandasına 70 milyon avro ödədiyini bildirib.