"Flamenqo”nun baş məşqçisi Felipe Luis “Qarabağ”dan transfer etdikləri Juninyo barədə fikirlərini bildirib.
Sportnet.az xəbər verir ki, 39 yaşlı mütəxəssis yeni hücumçuları haqda danışarkən müsbət fikirlər səsləndirib və onun komandasına çox fayda verəcəyini söyləyib.
Madrid “Atletiko”sundakı çıxışları ilə tanınan Luis keçirdiyi mətbuat konfransında bildirib: "Juninyo bizə qoşuldu. Onun hücum xəttimizi gücləndirəcəyinə şübhəm yoxdur. Müasir oyun modelinin tələb etdiyi xüsusiyyətlərə malik hücumçudur və bizə çox köməyi dəyəcək. Komandanın səviyyəsini, məşq mədəniyyətini yüksəldəcək. Juninyo böyük ambisiyaları olan futbolçudur”.
Xatırladaq ki, Juninyo "Flamenqo" ilə 2028-ci ilin sonuna qədər müqavilə imzalayıb.