“Günahkar axtarmaq doğru olmaz. Əsas odur ki, hesab bərabərliklə bitdi”.
Sportnet.az xəbər verir ki, bu sözləri "Teleqraf.com"a açıqlamasında Azərbaycan millisinin qapıçısı Yusif İmanov “Sabah” komandasının heyətində səfərdə “Neftçi” ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur matçı barədə danışarkən deyib.
23 yaşlı qolkiper görüşü belə dəyərləndirib: "Oyuna yaxşı başladıq. Bəzi epizodlarda sürətimiz çatmırdı. İkinci hissədə bu problemi yoluna qoyduq və hesabı açdıq. Lakin tezliklə qapımızda bəsit qol gördük. Əsl paytaxt derbisi hiss olunurdu. Növbəti oyunlarda səhvlərimizi düzəltməyə çalışacağıq. Çempionatımız çox çətindir. Hər oyunda qələbə istəyirik. Hədəfimiz Avropa kuboklarına vəsiqə qazanmaqdır”.
Qeyd edək ki, bu nəticədən sonra “Sabah” 28 xalla 5-ci pillədə qalsa da, “Neftçi” 18 xalla 7-ci pilləyə yüksəlib.