“Yaxşı hazırlaşmışdıq, lakin rəqib ilk hissədə bizi təəccübləndirdi. Mənəvi güc bizə oyunu geri çevirməyə kömək etdi”.
Sportnet.az xəbər verir ki, bu sözləri Rumıniyanın FCSB klubunun futbolçusu Valentin Kretsu UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda Bakıda "Qarabağ" üzərində 3:2 hesablı qələbəni şərh edərkən deyib.
36 yaşlı müdafiəçi qalibiyyətin heç də asan başa gəlmədiyini bildirib: “Matça 0:1 hesabı ilə geridə başladıq. Şadam ki, mübarizə apardıq və oyunu çevirdik. Səfərdə oynadıq, asan deyildi. 3 xala görə sevinirik. Adrian Șut avtoqol vurduğu üçün onun adına məyusam. Amma o, yaxşı futbolçudur, ikinci kapitanımızdır. Biz vahid kollektivik və azarkeşləri sevindirdiyimiz üçün şadam”.
Rumıniyalı futbolçu Avropa kuboklarındakı hədəflərindən də söz açıb: “İnanıram ki, bu il yenə çempion olacağıq və Çempionlar Liqasına gedəcəyik. Biz mümkün qədər irəli getmək istəyirik. Avropa Liqasını başıdik bitirməliyik. Növbəti həftə karyeramız üçün çox vacib matçdır. Sona qədər mübarizə aparırsansa, futbol səni mükafatlandırır. “Mançester Yunayted” ilə çox gözəl qarşılaşma olacağını düşünürəm".