Niderlandın "Feyenoord" klubunun azarkeşlərinin Fransanın Lill şəhərinə girişi qadağan edilib.
Sportnet.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Fanatlar səfərdə "Lill"ə qarşı keçiriləcək Çempionlar Liqasının matçında komandalarına dəstək ola bilməyəcəklər. Qadağa tərəfdarlarla Fransa polisi arasında toqquşma riskinin artması ilə əsaslandırılıb.
Qeyd edək ki, Liqa mərhələsinin VIII turunun matçı bu gün, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.