İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az xəbər verir ki, Milan təmsilçisi "Roma"dan Nikola Zalevskini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Polşalı vingeri yayda qədər "göy-qaralar"ın formasını geyinəcək. "İnter" 23 yaşlı yarımmüdafiəçini birdəfəlik transfer etmək hüququna sahibdir.
Qeyd edək ki, Nikola Zalevski "Roma"nın yetirməsidir. Polşa millisinin üzvü olan oyunçu bu mövsüm "canavarlar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.