İspaniyanın "Jirona" klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Sportnet.az xəbər verir ki, La liqa təmsilçisi "Yuventus"da Artur Melonu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliya millisinin sabiq üzvü mövsümün ikinci yarısını "Jirona"nın heyətində keçirəcək.
Qeyd edək ki, "Yuventus" Artur Melonu 2020-ci ilin sentyabr ayında "Barselona"dan transfer edib. 28 yaşlı yarımmüdafiəçi bu mövsüm Turin təmsilçisinin heyətində rəsmi matçlarda meydana çıxmayıb.