"Qalatasaray"ın yayda "Atalanta"ya icarəyə verdiyi Nikolo Zanyolo İtaliyada klubunu dəyişir.
Sportnet.az xəbər verir ki, italyan futbolçu "Fiorentina"ya keçəcək. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
Artıq klublar arasında anlaşma əldə olunub. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi mövsümün ikinci yarısını "bənövşəyilər"in heyətində keçirəcək. "Fiorentina" 16 milyon avro ödəməklə oyunçunun transfer hüququna yiələnə bilər.
Qeyd edək ki, "Qalatasaray" Nikolo Zaniolonu 2023-cü ilin fevral ayında "Roma"dan transfer edib. İtaliya millisinin üzvü bu mövsüm "Atalanta"nın heyətində keçirdiyi 23 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.