İtaliyanın "Yuventus" klubu futbolçusu Kenan Yıldızın sərbəstqalma məbləğini açıqlayıb.
Sportnet.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisi türkiyəli hücumçuya 100 milyon avro qiymət təyin edib.
19 yaşlı oyunçu bir sıra məşhur klubların maraq dairəsindədir.
Yıldız "qoca sinyora"ya 2022-ci ilin yayında Almaniya "Bavariya"sından azad agent statusu ilə keçib.
Qeyd edək ki, Kenan Yıldız cari mövsüm ərzində meydana çıxdığı 33 oyunda 6 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Onun "Yuventus"la müqaviləsi 2029-cu ilin yayına qədərdir.