İtaliya Kubokunda 1/4 final mərhələsinin növbəti görüşü keçirilib.
Sportnet.az xəbər verir ki, "Cüzeppe Meatsa" stadionunda "Milan" və "Roma" komandaları üz-üzə gəlib. Bir oyundan ibarət cütün qalibi "Milan" komandası olub - 3:1. İlk yarıda meydan sahiblərindən Temmi Abraham "dubl" müəllifi olub. O, 17-ci və 43-cü dəqiqələrdə fərqlənib. 55-ci dəqiqədə qonaq komandadan Artyom Dovbik fərqi azaltsa da, 70-ci dəqiqədə Joau Feliks yekun nəticəni müəyyənləşdirib.
Beləliklə, "Milan" yarımfinala yüksələn növbəti komanda olub. Daha əvvəl "Atalanta"ya 1:0 hesabı ilə qalib gələn "Bolonya" da adını növbəti mərhələyə yazdırıb.
Finala gedən yolda "Milan" komandası "İnter" - "Latsio" oyununun, "Bolonya" isə "Yuventus" - "Empoli" görüşünün qalibi ilə üz-üzə gələcək. Rəqiblərin adları 25-26 fevralda dəqiqləşəcək.
İki oyundan ibarət yarımfinal mərhələsi aprelin 2-də və aprelin 23-də, final qarşılaşması isə mayın 14-də baş tutacaq.