![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739176864_be.jpg)
Türkiyənin "Beşiktaş" klubu yeni futbolçu transferini gerçəkləşdirib.
Sportnet.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Ekvadorun "İndependiente del Valye" komandasından Keni Arroyo heyətə cəlb edilib.
"Qartallar" cinah yarımmüdafiəçisi ilə 4,5 illik müqavilə bağlayıb. 18 yaşlı Arroyo yeni klubunda "10" nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Keni Arroyo son mövsüm ərzində "İndependiente del Valye" ilə iştirak etdiyi 37 oyunda 4 qol və 8 məhsuldar ötürmə müəllifi olub. O, Ekvador millisinin də üzvüdür.