![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739355580_tufan_sadiqov.jpg)
Azərbaycanlı iş adamı Tufan Sadıqova məxsus Rusiyanın "Ximki" klubunda futbolçuların əmək haqlarının verilməsində gecikmələr yaranıb.
Sportnet.az "Metaratings"ə istinadən xəbər verir ki, komanda üzvləri 2024-cü ilin noyabr və dekabr aylarının maaşlarını hələ ala bilməyiblər. Bununla əlaqədar oyunçular Türkiyədəki qış təlim-məşq toplanışında yoldaşlıq görüşünü boykot etməyə hazırlaşırlar.
Sadıqov yaxın günlərdə borcu bağlasa, futbolçular etiraz aksiyasını ləğv edə bilərlər. O, 2024-cü ilin dekabrında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdı. İş adamı dələduzluqda ittiham olunurdu.
Qeyd edək ki, "Ximki" hazırda Rusiya Premyer Liqasında 18 oyundan 16 xalla 13-cü yerdə gedir.