![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739478615_julio-romao.jpg)
"Qarabağ"ın sabiq futbolçusu Julio Romao Macarıstan "Ferentsvaroş"unun heyətində UEFA Avropa Liqasında ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçinin yeni klubunda debütü pley-off mərhələsində Çexiyanın "Viktoriya Plzen" komandasına qarşı ilk oyuna təsadüf edib. Budapeştdəki "Ferentsvaroş" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 23-cü dəqiqədə Məhəmməd Abu-Fani vurub.
"Qarabağ"ı qışda tərk etmiş Romao yeni klubunda meydana start heyətində çıxıb və görüşü əvəz olunmadan keçirib. Vaxtilə "Neftçi"də çıxış etmiş daha bir braziliyalı futbolçu, hücumçu Mateus Saldanya isə 64-cü dəqiqədə meydanı tərk edib.
Qeyd edək ki, cavab görüşü fevralın 20-də keçiriləcək.