
Dünən paytaxtın Nizami rayonunda yerləşən stadionda keçirilən "Neftçi”-“Qarabağ" oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında ictimai asayişin pozulması halı qeydə alınıb.
Sportnet.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Teleqraf-a verilən məlumata görə, insidentlə bağlı polis lazımi qabaqlayıcı tədbirlər görüb, 4 nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib.
Araşdırma aparılır.