
“Transferlə bağlı çox söz deyə bilərlər. Amma mən hazırda buradayam”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın və Azərbaycan milli komandasının müdafiəçisi Toral Bayramov səfərdə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra Teleqraf-a açıqlamasında deyib.
24 yaşlı futbolçu derbi barədə fikirlərini bildirib: “Çətin oyun olacağını əvvəlcədən bilirdik. Ona görə də yaxşı hazırlaşmışdıq. Azlıqda qalsaq da, son ana qədər çalışıb-vuruşduq və vacib qələbəni qazandıq”.
Bayramov artıq “Sabah”la növbəti tur oyununu düşünəcəklərini bildirib: “Bu komanda ilə oyunlarımız həmişə maraqlı keçir. Yaxşı hazırlaşaraq, müsbət nəticə əldə edəcəyik”.
Qeyd edək ki, bu yaxınlarda Toral Bayramovun Türkiyənin “Beşiktaş” və digər klublarından təklif aldığı barədə söz-söhbətlər dolaşırdı.