
“Bugünkü hakimliyi çox nadirən görürəm. Kobud səhv görmədim, hakimliyi çox bəyəndim”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Cavid Hüseynov Azərbaycan Premyer Liqasınln XXIII turunda evdə “Sabah”la 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
36 yaşlı mütəxəssis qarşılaşma barədə fikirlərini bu cür ifadə edib: “Çox istərdik ki, qələbə qazanaq. Vaxt az olduğundan, detalların üzərində çox işləməmişdik. Futbolçuların oyun planında nizam-intizam var idi. Qarşıdakı oyunlara hazırlaşacağıq. Sevindirici hal odur ki, futbol ictimaiyyətinin rəğbətini qazanmışıq. Daha çox zamana ehtiyacımız vardı. Səhvləri aradan qaldırırıq. Hər məşqçinin öz taktikası var. Futbolçularıma da dedim ki, daha yaxşı nəticə üçün daha çox çalışmalıyıq. Bundan sonrakı oyunlara daha yaxşı hazırlaşacağıq”.