
İspaniyanın "Real" klubunun futbolçusu Cud Bellingem La Liqada 2 oyunluq cəza alıb.
Sportnet.az xəbər verir ki, buna 21 yaşlı yarımmüdafiəçinin XXIV turda "Osasuna" ilə matçda nalayiq ifadə işlətməsi səbəb olub.
İngiltərəli oyunçu fevralın 15-də keçirilən matçın 39-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə meydandan qovulub. Qarşılaşmadan sonra isə futbolçu nalayiq sözlərdən istifadə etdiyini, lakin bunun hakimə ünvanlanmadığını bildirib.
Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb.