
Türkiyə millisinin və “Fənərbağça”nın futbolçusu Cengiz Ündər karyerasını ABŞ-da davam etdirəcək.
Sportnet.az İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Los-Anceles” klubu ilə anlaşıb.
Təcrübəli oyunçu MLS təmsilçisi ilə bu ilin iyun ayınadək icarə müqaviləsi imzalayacaq. Futbolçu transfer danışıqlarını yekunlaşdırmaq üçün ABŞ-a yollanıb.
Qeyd edək ki, Cengiz Ündər “Fənərbağça”ya 2023-cü ilin avqust ayında Fransanın “Marsel” klubundan keçib.