
UEFA Avropa Liqasının pley-off mərhələsində Belçika “Anderlext”i ilə Türkiyə "Fənərbağça”sı arasında keçirilən cavab görüşündə qalmaqal baş verib.
Sportnet.az-ın məlumatına görə, 6-cı dəqiqədə hesab 1:0 İstanbul klubunun xeyrinə olarkən matç yarımçıq dayandırılıb.
Hakimlər və futbolçular soyunub-geyinmə otağına yollanıblar. Buna tribunada azarkeşlər arasında baş verən dava-dalaş səbəb olub.
Tribunada belçikalı azarkeşlər irqçi şüarlar da səsələndiriblər.
Ara sakitləşdikdən sonra matç qaldığı yerdən davam etdirilib.