
Türkiyə Super Liqasında XXV turun "Qalatasaray" - "Fənərbağça" matçı başa çatıb.
Sportnet.az xəbər verir ki, İstanbuldakı "RAMS Park"da keçirilmiş görüşdə qalib müəyyənləşməyib - 0:0.
Qarşılaşmanı 55 illik fasilədən sonra əcnəbi baş hakim - sloveniyalı Slavko Vinçiç idarə edib. O, oyun ərzində meydan sahiblərinin 4, qonaqların 3 futbolçusuna sarı vərəqə göstərib.
12-ci dəqiqədə "Fənərbağça" qol vursa da, baş hakim həmin epizodda qayda pozuntusu qeydə alaraq, hesaba almayıb. VAR-ın da təsdiqindən sonra oyun davam edib.
33-cü dəqiqədə meydanda gərgin anlar yaşanıb. "Qalatasaray"ın hücumçusu Viktor Osimhen rəqib oyunçu Yusuf Akçiçeklə mübarizədə yerə yıxılıb. Osimhen və "Qalatasaray" cəbhəsi sarı vərəqə gözləsə də, referi VAR hakimi ilə danışdıqdan sonra oyunu davam etdirib. Bu zaman nigeriyalı forvard "Fənərbağça"nın ehtiyat oyunçular skamyasındakı Mert Hakanla söz savaşına çıxıb. Onun "sus" işarəsindən sonra ehtiyat oyunçular skamyasındakı futbolçular da mübahisəyə qoşulublar. Baş hakim hər iki komandanın menecerlərinə sarı vərəqə göstərib.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə tərəflərin qol cəhdləri fayda verməyib.
Beləliklə, xalını 64-ə çatdıran lider "Qalatasaray" ən yaxın izləyicisi "Fənərbağça" ilə 6 xallıq fərqi qoruyub.
----------------------------------
Bu gün futbol üzrə Türkiyə Super Liqasının XXV tur oyununda "Qalatasaray" "Fənərbağça"nı qəbul edəcək.
Sportnet.az xəbər verir ki, "RAMS Park"da keçiriləcək ilin ilk İstanbul derbisini sloveniyalı hakimlər briqadası idarə edəcək. Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarşılaşmanın baş hakimi Slavko Vinçiç olacaq.
Qardaş ölkə futbolunun iki nəhəngi arasında 402 rəsmi görüş olub, bunlardan 148-də "sarı-göylər", 127-də "sarı-qırmızılar" qələbə qazanıb, daha 127 oyunda isə sülh qeydə alınıb.
Joze Mourinyonun başçılıq etdiyi kollektivdən Ceyden Ostervolde, Rodriqo Bekao, Dieqo Karlos, Dominik Livakoviç, Çağlar Söyüncü, Allan Sen-Maksimen və İsmayıl Yüksek, Okan Burukun heyətindən isə Mauro İkardi, İsmayıl Yakobs və Alvaro Morata zədə səbəbindən oyunu buraxacaq.
Qeyd edək ki, hazırda "Qalatasaray" 63 xalla Türkiyə Super Liqasının vahid lideridir, "Fənərbağça" isə 57 xalla 2-cidir. Joze Mourinyonun baş məşqçi olduğu kollektiv çempionluq şanslarını əldən verməmək üçün səfərdə mütləq qalib gəlməlidir.
Türkiyə Super Liqası, XXV tur
21:00. "Qalatasaray" - "Fənərbağça" - 0:0
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İstanbul, "RAMS Park"
“Qalatasaray”: 1. Fernando Muslera, 6. Davinson Sançes, 7. Şallai Roland, 17. Eren Elmalı, 20. Qabriel Sara, 29. Pşemıslav Frankovski, 34. Lukas Torreyra, 42. Abdulkerim Bardakçı, 45. Viktor Osimhen, 53. Barış Alper Yılmaz, 99. Mario Lemina
Ehtiyat oyunçular: 23. Kaan Ayhan, 11. Yusuf Akgün, 19. Günay Güvenç, 8. Kerim Demirbay, 30. Yusuf Demir, 24. Elias Yelert, 21. Ahmet Kutucu, 26. Karlos Kuesta, 10. Dris Merttens
Baş məşqçi: Okan Buruk
“Fənərbağça”: İfran Can Eğribayat, Yusuf Akçiçek, Çağlar Söyüncü, Milan Şkrinyar, Filip Kostiç, Oğuz Aydın, Fred, Sebastian Şimanski, Duşan Tadiç, Edin Dzeko, Yussef En-Neseri
Ehtiyat oyunçular: 94. Taliska, 34. Sofyan Amrabat, 6. Aleksandr Ciku, 17. İrfan Can Kahveci, 40. Dominik Livakoviç, 16. Mert Müldür, 21. Brayt Osayi-Samuel, 23. Cenk Tosun, 54. Ertuğrul Çetin, 8. Mert Yandaş
Baş məşqçi: Joze Mourinyo