
Azərbaycan Premyer Liqasının XXIV turunun “Zirə” - “Kəpəz” matçının vaxtı yenidən dəyişdirilib.
Sportnet.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Bu dəyişikliyə kəskin hava şəraiti səbəb olub. Bu günə təxirə salınmış “Zirə” - “Kəpəz” matçının başlama saatı dəyişdirilib. Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb.
Qeyd edək ki, görüşün saat 16:00-da başlaması nəzərdə tutulmuşdu.