
"Qarabağ Azərbaycan Premyer Liqasının XXV turunda "Sumqayıt"a qalib gəlib.
Sportnet.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş "köhlən atlar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində Kadi Borges (31), Leandro Andrade (38) fərqləniblər.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırda 60 xalla liderdir. "Gənclik şəhəri" təmsilçisi 22 xalla 8-ci pillədə qərarlaşıb.
Turun açılış qarşılaşmasında "Şamaxı" səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.
--------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun ilk oyununda “Səbail və “Şamaxı” komandaları üz-üzə gəlib.
Sportlife.az xəbər verir ki, “ASCO Arena”da baş tutan görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.
FİFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşmada hesabı 41-ci dəqiqədə Vasili Bakiç açıb. 63-cü dəqiqədə isə Andrey Tirkoveanu fərqlənib.
Bu qələbədən sonra baş məşqçi Ayxan Abbasovun komandası xallarını 24-ə çatdıraraq turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib. Cavid Hüseynovun rəhbərlik etdiyi kollektiv isə 18 xalla son pillədə qalıb.
Qeyd edək ki, günün ikinci qarşılaşmaslnda “Sumqayıt” evdə “Qarabağ”ı qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüş saat 19:30-da start götürəcək.
------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura bu gün start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günü iki qarşılaşma keçiriləcək.
Turun açılış matçında elitada qalmaq uğrunda mübarizə aparan “Səbail” və “Şamaxı” üz-üzə gələcək.
Lider “Qarabağ” isə uğursuzluq zolağından çıxa bilməyən “Sumqayıt”ın qonağı olacaq.
Turun digər oyunları martın 4-5-də keçiriləcək.
3 mart
17:00 “Səbail” – “Şamaxı” - 0:2
Qollar: Vasiliye Bakiç, 41. Andrey Tirkoveanu, 63
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
VAR: Rəşad Əhmədov
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASCO Arena”
19:30 “Sumqayıt” – “Qarabağ” - 0:2
Qollar: Kadi Borges, 31. Leandro Andrade, 38
Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu