
“Zirə” Azərbaycan Premyer Liqasının XXVI turunda evdə “Səbail”lə qarşılaşıb.
Sportnet.az xəbər verir ki, baş hakim Tural Qurbanovun idarə etdiyi görüşdə meydan sahibləri minimal hesablı qələbə qazanıb - 1:0. Yeganə qolu 90+5-ci dəqiqədə Ruan Renato vurub.
Cavid Hüseynovun rəhbərlik etdiyi kollektiv matçın 73-cü dəqiqəsindən etibarən azlıqda mübarizə aparıb. “Dənizçilər”in futbolçusu Suleyman Alluş rəqibin künc zərbəsindən öncə Ayron Qomisin çənəsinə kəllə vurduğu üçün meydandan qovulub.
Bu nəticədən sonra "Zirə" xalını 51-ə çatdıraraq, 2-ci pillədə möhkəmlənib. “Səbail” isə 18 xalla sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” səfərdə “Araz-Naxçıvan”ı 3:1, “Şamaxı” isə evdə “Sabah”ı 1:0 hesabı ilə məğlub edib. Martın 10-da “Sumqayıt” “Kəpəz”i, “Neftçi” “Turan Tovuz”u qəbul edəcək.
------------------------------------------------
Azərbaycan Premyer Liqasında XXVI turun daha bir görüşü keçirilib.
Sportnet.az xəbər verir ki, ikinci oyun gününün açılış matçında "Şamaxı" və "Sabah" komandaları üz-üzə gəlib.
Şamaxı şəhər stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 30-cu dəqiqədə Azərbaycanın ən istedadlı futbolçularından olan Edqar Adilxanov vurub.
Bununla da ardıcıl ikinci qələbəsini qazanan "Şamaxı" xalını 27-yə çatdırıb və 6-cı pilləyə yüksəlib. 7-ci pillədəki "Neftçi" də eyni xala malikdir və əyalət komandasından şəxsi göstəricilərdə üstündür. Amma məhz qələbə sayının daha çox olması "Şamaxı"nı üstün pillədə qərarlaşdırıb.
4 turdur qələbə qazana bilməyən "Sabah" isə 34 xalla 5-ci pillədə yer alır.
Qeyd edək ki, turun açılış oyununda "Araz-Naxçıvan" öz meydanında lider "Qarabağ"a uduzub - 1:3. Bu gün saat 17:30-da "Zirə" - "Səbail" oyunu start götürəcək. Martın 10-da isə "Sumqayıt" - "Kəpəz" və "Neftçi" - "Turan Tovuz" oyunları keçiriləcək.
-----------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXVI turun iki qarşılaşması baş tutacaq.
Sportnet.az xəbər verir ki, günün ilk oyununda “Şamaxı” “Sabah”ı qəbul edəcək. Baş hakim Cavid Cəlilovun idarə edəcəyi görüş saat 15:00-da start götürəcək.
Masazır klubu son 9 görüşdə qol vurub, son 4 oyunda isə meydan sahibi olan komanda uduzmayıb.
Günün digər matçında “Səbail” “Zirə”nin qonağı olacaq. Saat 17:30-da başlayacaq oyunun referisi Tural Qurbanov olacaq. “Dənizçilər” son 7 oyunda qələbə qazanmayıb. “Qartallar” isə son 3 matçda qalib gəlib.
25 turdan sonra “Zirə” 48 xalla 2-ci, “Sabah” 34 xalla 5-ci, “Şamaxı” 24 xalla 7-ci, “Səbail” isə 18 xalla sonuncudur.
Qeyd edək ki, ötən gün “Qarabağ” “Araz-Naxçıvan” səfərində 3:1 hesablı qələbə qazanıb. Tura sabah keçiriləcək “Sumqayıt” - “Kəpəz” və “Neftçi” - “Turan Tovuz” oyunları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXVI tur
9 mart
15:00."Şamaxı" – "Sabah" - 1:0
Qol: Edqar Adilxanov, 30
Sarı vərəqələr: Fəxri Məmmədli, 90+5 (qeyri-idman hərəkəti) - Xəyal Əliyev, 64 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 7 dəq.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
Şamaxı şəhər stadionu, 1500 tamaşaçı
“Şamaxı”: 1. Rikardo Fernandes 17. Rafael Məhərrəmli (k) (5. Arsen Ağcabəyov, 76) 6. Rauf Rüstəmli (18. Cəlal Hüseynov, 82) 82. Rüfət Abbasov 24. Edqar Adilxanov (19. Fəxri Məmmədli, 82) 12. Maykl Tuik 32. Vasiliye Radenoviç 93. Brahim Konate (23. Murad Vəliyev, 82) 30. Andrey Tirkoveanu (33. Alfons Msanqa, 67) 3. Vladislav Veremeyev 66. Vasiliye Bakiç
Ehtiyat oyunçular: 85. Kamal Bayramov 62. Abdulla Seydəhmədov 60. Səbayıl Bağırov 14. Vüsal Məsimov
Baş məşqçi: Ayxan Abbasov
“Sabah”: 92. Stas Pokatilov 17. Tellur Mütəllimov 9. Anatoli Nuriyev (15. Seymur Məmmədov, 67) 5. Rəhman Daşdəmirov 88. Xəyal Əliyev 7. Boyan Letiç (18. Pavol Safranko, 46) 4. Sofian Çakla 70. Cesse Sekidika (k) 3. Con İrasabal 13. İvan Lepiniça 33. Umarali Raxmonaliyev (99. Neqoş Kupusoviç, 67)
Ehtiyat oyunçular: 1. Yusif İmanov 55. Nicat Mehbalıyev 10. Namik Ələskərov 32. Elgün Dünyamalıyev 40. İqor Noqeyra 12. Vinsent Till
Baş məşqçi: Vasili Berezutski
17:30. "Zirə" – "Səbail" - 1:0
Qol: Ruan Renato, 90+5
Qırmızı vərəqə: Süleyman Alluş, 74 ("Səbail" - təcavüzkar davranış)
Sarı vərəqə: Hüseynəl Quliyev, 90+1 (oyunun bərpasının ləngidilməsi)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
Zirə İK stadionu, 700 tamaşaçı
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.
“Zirə”: 13. Aydın Bayramov 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli (18. Martins Junior, 77) 11. Rüstəm Əhmədzadə (90. Davit Volkov, 66) 4. Ruan Renato 10. Giorgi Papunaşvili 70. İssa Cibrila (7. Məqsəd İsayev, 66) 23. Rafael Utziq 3. Ange Mutsinzi (14. Elçin Əlicanov, 77) 17. Ayron Qomis 19. Salifu Suma
Ehtiyat oyunçular: 97. Tiaqo Silva 41. Anar Nəzirov 21. Hacıağa Hacılı 29. Ceyhun Nuriyev 5. Stefan Aka 15. Pyer Zebli 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
“Səbail”: 1. Hüseynəli Quliyev 96. İlkin Muradov (83. Nihad Quliyev, 90+2) 74. Yusif Nəbiyev (k) 20. Mert Çelik 11. Rüfət Abdullazadə (18. Süleyman Əhmədov, 81) 3. Dmitro Litvin 99. İnnosent Nşuti (10. David Qomis, 68) 4. Marko Nikoliç 7. Madi Queta (22. Mirabdulla Abbasov, 81) 5. Gitay Sofir 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 25. Nicat Məmmədzadə 77. Fərid Nəbiyev 19. Samir Abdullayev 16. Emin Rüstəmov 97. Oruc Məmmədov 88. Hacıəli Şirəliyev 44. Amir Bilali
Baş məşqçi: Cavid Hüseynov