
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələ oyunları üçün heyəti bəlli olub.
AFFA-dan Sportnet.az-a verilən məlumata görə, yığmaya 20 futbolçu dəvət edilib.
Komandamız martın 11-dən 14-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Martın 14-də “Kapital Bank Arena”da “Sumqayıt”ın U-19 komandası ilə yoxlama oyunu olacaq.
U-17 martın 15-dən 25-dək isə Albaniyada Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Yığmamız B Liqasının 6-cı qrupunda martın 19-da evdə meydan sahibləri, martın 22-də isə Uelsin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.
Millinin heyəti: Rauf Əyyubov, Həzrət Səmədov (hər ikisi "Sabah"), Səttar Tahirzadə, Elbrus Kərimov, Tuncay Əhmədov, Nadir Nəsibli, Muhamməd Çodarov, Tunar Rzayev (hamısı 'Marset", İspaniya), Murad Qurbanov, Fərid Cabbarlı (hər ikisi "Zirə"), Tunar Muradov ("Turan Tovuz"), Əli Qazibəyov, Abdulaziz Cabbarlı, Əhməd Vəliyev, Əli İbrahim, Amin Rzayev (hamısı "Qarabağ"), İbrahim Babayev ("Servette 1890", İsveçrə), Vüsal Kərimov ("Neftçi"), Ariz Kərimov ("Qəbələ"), İslam Həsənov ("Qrafisar", Serbiya).