
Türkiyənin və “Qalatasaray”ın əfsanəvi futbolçusu Bülənt Qorxmaz baş məşqçi kimi biabırçı nəticələr göstərməkdə davam edir.
Sportnet.az xəbər verir ki, demək olar ki, hər il bir komanda dəyişən 56 yaşlı mütəxəssis ənənəsini davam etdirməkdədir.
Ölkəmizdə “Bakı”nı çalışdırmış Qorxmaz Türkiyənin I Liqa təmsilçisi “Esenler Erokspor”da da çox qala bilməyib. Ardıcıl uğursuz nəticələr onun istefaya göndərilməsinə yol açıb. Yanvarda bu komandanın sükanı arxasına keçən məşhur futbolçu cəmi 2 ay aşağı liqa komandasında qala bilib. Bu müddətdə “Esenler Erokspor” onun rəhbərliyi altında keçirdiyi 9 oyunun cəmi 2-də qələbə qazana bilib.
Qeyd edək ki, Bülənt Qorxmaz 2009-10 mövsümündə “Bakı”ya rəhbərlik edib. O, 2007-ci ildən bəri baş məşqçi kimi 12 komanda dəyişib.