
Azərbaycan Premyer Liqasında çıxış edən “Neftçi” klubunun bu gün yaranmasından 88 il ötür.
Sportnet.az xəbər verir ki, 1937-ci ilin 18 martında “Neftyanik” kimi fəaliyyətə başlayan Bakı təmsilçisi hazırda ölkənin ən köklü klubudur.
"Neftçi" 1966-cı ildə SSRİ çempionatının bürünc medalını, 2012-ci ildə isə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası kimi tarixə düşüb.
“Ağ-qaralar” 9 dəfə ölkə çempionu, 6 dəfə kubokun qalibi, 2 dəfə Super Kubokun sahibidirlər.