
“Liverpul” azarkeşləri çempionluğun sevincini yaşamağa indidən başlayıb.
Sportnet.az xəbər verir ki, onlar həqiqətən də cox sevinclidilər.
Amma digər tərəfdən də qorxu içindədilər.
"Liverpul"da bu yay muqaviləsi bitəcək Trent-Aleksander Arnold, Məhəmməd Salah, Vircil van Deyk kimi oyunçular var.
Onların gedişindən klub 137 milyon funt sterlinq itirə bilər. Bu, baş versə, "mersisaydlılar" itkinin həcmi baxımından dunyada birinci yerdə gedəcəklər.
137 milyon funt sterlinq sadəcə, marketinq dəyərində olan itkidir. Bu gün bu 3 oyunçunu almaq istəyən kluba 300-400 milyon funt belə kifayət etməyə bilər.
Vəziyyət belə davam edərsə, maddi durumu o qədər də yaxşı olmayan İspaniya "Barselona"sı azad agent statuslu Salahı havayı əldə etmək üçün əlindən gələni edəcək.
Sağ cinah müdafiəçisi Arnoldun "Real Madrid"ə transferinin bas tutma ehtimalı çox yüksəkdir.
Mərkəz müdafiəçisi Van Deykə də real təkliflərin gələcəyi şübhə doğurmur.
Əsas heyətdə daim yer ala bilməyən Darvin Nunyesə də İspaniyadan təklif var. “Atletiko Madrid” uruqvaylı hücumçu üçün 30 milyon avro ödəməyə hazırdır. Komandanın baş məşqçisi Dieqo Simeone bu transferdə çox istəklidir. Simeone Nunyesin potensialına güvənir, komandasında onun uğurlu olacağına inanır.
Lakin "Liverpul"da Salahın ayrılığı digər ayrılıqlardan tam fərqli sayılacaq. Misirli futbolçu bu mövsüm komandanı demək olar ki, təkbaşına çempion etmək üzrədir.Onun boşluğunu doldurmaq rəhbərlik üçün çox çətin olacaq.
Gələn movsüm üçün qurulacaq heyətdə yer almaqdan ötrü isə bir çox ulduz futbolçunun adı çəkilir. Hamıdan öndə Gürcüstan milli komandasınnın qapıçısı Giorgi Mamardaşvili yer alıb. Hətta Mamardaşvilinin İspaniya "Valensiya"sından transferi məsələsinin hələ ötən ildən həllini tapdığı bildirilir.
"Nyukasl"ın ulduzu Aleksander İsakı istəyənlər siyahısında “liverpul” da var. Lakin əksər böyük klubların gözü isveçli forvarddadır. Buna misal olaraq, “Arsenal”, “Barselona”, “Çelsi” və PSJ-ni göstərmək olar. İsakın gələn mövsüm hansı komandanın formasını geyinəcəyi maraqla gözlənilir.
"Liverpul"un transfer siyahısına yazılan son forvard Harri Keyndir. Keyn Almaniya “Bavarya"sının heyətində bu mövsüm çoxlu qol vurub və vurmaqda davam edir. Hətta klubu Çempionlar Liqasını qazanacağı təqdirdə, o, "Qızıl top"un bir nömrəli namizədi ola bilər.
İngiltərəli hücumçunun Premyer Liqaya qayıdışı hər zaman bir seçim olaraq qalır. Xüsusən, Salah komandada qalarsa, onun Keynlə hücum tandemi "Liverpul"un gələn mövsüm də çempionluğuna böyük təminat ola bilər.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında 29 oyundan sonra "Liverpul" 70 xalla birinci pillədə gedir. Arno Slotun baş məşqçi olduğu kollektiv ən yaxın izləyicisi "Arsenal"ı 12 xal qabaqlayır. Çempionatın bitiminə isə hələ 9 tur var.
Haşım MƏMMƏDOV