
UEFA Avropa Liqasında bu gün 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, gecənin sensasiyası Liqa mərhələsində "Qarabağ"ın qalib gəldiyi yeganə komanda "Budö Qlimt"in İtaliya “Latsio”sunu məğlub etməsi olub.
Norveçdə keçirilmiş görüşdə hər iki qolu Ulrik Saltnes vurub.
Bu, həm də meydan sahiblərinin qələbə qazandığı yeganə oyun olub.
İspaniya "Atletik"i Şotlandiyada "Reyncers"i məğlub edə bilməyib. Hərçənd, "Reyncers" oyunun əvvəllərində azlıqda qalıb, "Atletik" isə görüşün sonlarında penaltini yerinə yetirməyi bacarmayıb.
İngiltərə təmsilçilərindən "Mançester Yunayted" Fransada "Lion"la görüşdə məhsuldar heç-heçə edib - 2:2.
"Tottenhem" isə öz meydanında Almaniya "Ayntraxt"ı ilə heç-heçəyə razılaşıb - 1:1.
Avropa Liqası
1/4 final, ilk oyunlar
10 aprel
20:45. “Budö Qlimt” (Norveç) – “Latsio” (İtaliya) - 2:0
Qollar: Ulrik Saltnes, 47; 69
23:00. “Lion” (Fransa) – “Mançester Yunayted” (İngiltərə) - 2:2
Qollar: Tiaqo Almada, 26. Rayan Şerki, 90+5 - Leni Yoro, 45+5. Coşua Zirkze, 88
23:00. “Reyncers” (Şotlandiya) – “Atletik Bilbao” (İspaniya) - 0:0
Qolla nəticələnməyən penalti: Aleks Berenger, 82 ("Atletik")
Qırmızı vərəqə: Robin Pröpper, 13 ("Reyncers")
23:00. “Tottenhem” (İngiltərə) – “Ayntraxt” (Almaniya) - 1:1
Qollar: Pedro Porro, 26 - Yuqo Ekitike, 6
Cavab görüşləri aprelin 17-də keçiriləcək.