
İspaniya “Barselona”sının futbolçusu Rafinya Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə Çempionlar Liqasının ilk 1/4 final oyununda 4:0 hesablı qələbədə böyük pay sahibi olub.
Sportnet.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Braziliyalı oyunçunun cari mövsümdə Çempionlar Liqasında 12 qol və 7 məhsuldar ötürməsi var. Yəni, “qol+ötürmə” sistemi üzrə 19 xala sahibdir.
Beləliklə, Rafinya 2011/2012 mövsümündə “Barselona”da Lionel Messinin 14 qol və 5 məhsuldar ötürmə (19 xal) rekordunu təkrarlayıb.
Qeyd edək ki, cavab görüşü aprelin 15-də keçiriləcək.