
İspaniyanın "Real Madrid" komandasının sabiq baş məşqçisi Leo Beenhakker vəfat edib.
Sportnet.az xəbər verir ki, niderlandlı mütəxəssis 82 yaşında dünyasını dəyişib.
"Kral klubu" Benhakkerin rəhbərliyi altında ardıcıl üç dəfə (1987 - 1989) ölkə çempionu olub. Həmçinin Madrid təmsilçisi İspaniya Kubokunu və Super Kubokunu qazanıb.
O, Niderland, Səudiyyə Ərəbistanı, Trinidad və Tobaqo, Polşa milli komandalarının da sükanı arxasında olub.