
Premyer Liqada əsas problemlərdən biri danışılmış oyunlarla bağlıdır.
Teleqraf xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.
Hacıyev bu istiqamətdə işlərn davam etdiyini söyləyib: "Məsələni ciddi nəzarətdə saxlayırıq. Aidiyyatı dövlət qurumları ilə birlikdə aparırıq.
Bu cür məsələlər araşdırıldıqdan sonra danışılmış oyunlara yol verənlər cəzasız qalmayacaqlar".
AFFA-nın prezidenti Rövşən Nəcəf isə bunu bir tələb kimi irəli sürüb: "Biz xahiş yox, tələb edirik.
Futbolçular da nəzarətdən kənarda qalmayacaq. Hazırda Etika Komitəsində araşdırmalar aparılır".