
Braziliyanın “Santos” klubunun baş məşqçisi Pedru Kaşinya istefaya göndərilib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kaşinya ilə birlikdə onun köməkçiləri ilə də yollar ayrılıb.
“Santos”a müvəqqəti olaraq Sesar Sampayo rəhbərlik edəcək.
Qeyd edək ki, ulduz futbolçu Neymarın çıxış etdiyi komanda Braziliya çempionatının ilk üç turunda cəmi 1 xal toplayıb.