
İspaniyanın "Real Madrid" klubu UEFA Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra baş məşqçi Karlo Ançelottini istefaya göndərməyəcək.
Sportnet.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Madrid təmsilçisinin rəhbərliyi italiyalı mütəxəssislə bağlı qərarı mövsümün sonunda verəcək.
Ançelotti 2021-ci ildən "kral klubu"nun baş məşqçisidir. O, daha əvvəl 2013-2015-ci illərdə də bu postu tutub.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Real Madrid" İngiltərə "Arsenal"ına məğlub olub - 1:2, 0:3.