
İspaniyanın “Barselona” komandasının futbolçusu Robert Levandovski La Liqada XXXII turun "Selta" ilə oyununda zədələnib.
Sportnet.az xəbər verir ki, polşalı hücumçunun Kataloniya klubunun vacib matçlarında meydana çıxa bilməyəcəyi gözlənilir. Onun azı üç həftə yaşıl meydanlardan kənarda qalmaq ehtimalı var.
Levandovskinin aprelin 26-da “Real Madrid”ə qarşı Kral Kubokunun final matçını buraxacağı güman olunur.
Təcrübəli forvardın Çempionlar Liqasının yarımfinal mərhələsinin “İnter”ə qarşı matçlarında (30 aprel və 6 may) da iştirak ehtimalı azdır.