
“Zirə” Azərbaycan çempionatlarında 350-ci qolu vurub.
Sportnet.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu yubiley Azərbaycan Premyer Liqasının XXXI turuna təsadüf edib.
Öz meydanında “Sumqayıt”a 3:1 hesabı ilə qalib gələn Bakı klubunun ilk qolu Premyer Liqada 350-ci olub. Bu topu Georgi Papunaşvili rəqib qapısından keçirib.
Ümumilikdə 352 qola sevinən “Zirə” evdə 193, səfərdə 159 dəfə fərqlənib. “Qartallar” ölkə çempionatları tarixində 350 və daha çox qol vuran 12-ci komandadır.
“Zirə”nin Premyer Liqada ilk qolunu 2015-ci il avqustun 9-da AZAL-la ev oyununda (1:0) Viktor İqbekoyi vurub.
"Sumqayıt"la oyun həmçinin Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivin futbolçusu Məqsəd İsayevin üçün də əlamətdar olub. Bu, 31 yaşlı müdafiəçi üçün Azərbaycan çempionatlarında 250-ci matç olub.
İsayev ölkə çempionatları tarixində 250 və daha çox oyun keçirən 76-cı futbolçudur. O, “Neftçi”də 75, “Şamaxı”da 6 (1 qol), “Sabah”da 39 (1 qol), “Səbail”də 20, “Qəbələ”də 61 (3 qol), “Zirə”də 49 (1 qol) matça çıxıb.