
Argentina milli komandasının sabiq futbolçusu Uqo Qatti 81 yaşında vəfat edib.
Sportnet.az xəbər verir ki, keçmiş qapıçı baldır nahiyyəsindən aldığı zədəyə görə iki aydır xəstəxanada müəlicə alırdı.
Qatti karyerası ərzində vətənində "River Pleyt" və “Boka Xuniors” kimi məşhur komandalarda çıxış edib.
Qeyd edək ki, Uqo Qatti Argentina milli komandasının heyətində 18 oyunda forma geyinib.