
“Real Madrid”in zədəli hücumçusu Kilian Mbappe tezliklə yaşıl meydanlara qayıdacaq.
Sportnet.az İspaniya mətbuatına istinadən xəbər verir ki, ulduz forvard “Barselona” ilə İspaniya Kubokunun finalında komandasına kömək edəcək.
Gənc oyunçunun sabah La Liqada “Xetafe” ilə görüşdə iştirak etməyəcəyi gözlənilir.
Qeyd edək ki, İspaniya Kubokunun finalı aprelin 26-da baş tutacaq