
“Real Madrid” klubu “Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi Rodrini almaqda maraqlıdır.
Sportnet.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri xəbər verib.
Məlumata görə, Madrid klubu futbolçuya ciddi maraq göstərir, lakin o, başqa kluba keçmək niyyətində deyil.
Qeyd edək ki, ulduz futbolçu ötən ilin sentyabrında ciddi zədə alıb.
O, bu mövsüm bütün turnirlərdə cəmi üç oyun keçirib. Futbolçunun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.