
FIFA İspaniya Kubokunun finalında "Barselona"ya qarşı oyun öncəsi baş verənlərlə bağlı "Real Madrid" klubu ilə əlaqə saxlayıb.
Sportnet.az "El Chiringuito"ya istinadən xəbər verir iki, beynəlxalq qurum qarşılaşmanın baş hakimi Rikardo De Burqos Benqoeçeanın matçdan əvvəl mətbuat konfransı keçirmələrini anlamadıqlarını bildirib.
Final oyunundan əvvəl keçirilən mətbuat konfransında baş hakim Benqoeçea "Real Madrid" televiziyasının tənqidindən danışaraq ağlayıb: “Uşağım məktəbdə atasına oğru deyildiyi üçün evə ağlaya-ağlaya gəlib. Bu, çox ağırdır”.
VAR hakimi Pablo Qonzales Fuertes isə "Real Madrid" TV-yə etiraz olaraq qarşılıq verəcəyini vəd edib.
Madrid təmsilçisinin televiziyası bundan əvvəl Benqoeçeanın həlledici matça təyin olunmasını tənqid etdiyi video yayımlamış, hakimin onların rəqiblərinin xeyrinə etdiyi bir sıra səhvləri göstərmişdi. "Real Madrid" hakimlərin şərhləri ilə bağlı vəziyyətdən narazı qalıb və hakimlər briqadasının dəyişdirilməsini tələb edib.
Qeyd edək ki, bu gecə Sevilyada keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.