
"Həqiqətən, bu oyunda çox səy göstərdik. Matçın əvvəlində, ilk 10-15 dəqiqə ərzində ritmimizi tapmaqda və nəzarəti əldə etməkdə çətinlik çəkdik”.
Teleqraf xəbər verir ki, bu sözləri “Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının PSJ ilə ilk yarımfinal oyunundan sonra deyib.
Çalışdırıcı "topçular"ın məğlubiyyətini belə əsaslandırıb: “İki güclü komandanın oyununa şahid olduq. Rəqib hücumda böyük effektivlik nümayiş etdirdi. PSJ-nin qapıçısı Donnarumma da əla oynadı. Yeganə məyusedici məqam odur ki, heç-heçə edə bilmədik”.
Qeyd edək “Arsenal” öz meydanında PSJ-yə 0:1 hesabı ilə uduzub. Cavab oyunu mayın 7-də Parisdə baş tutacaq.