
“Arda Gülər indi daha yaxşı performans göstərir”.
Sportnet.az xəbər verir, bunu “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının XXXIV turunda evdə “Selta”nı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Ançelotti türkiyəli futbolçunun inkişaf etdiyini bildirib: “O, ötən mövsüm üzərində daha çox təzyiq hiss edirdi. Arda Gülər çox keyfiyyətli oyunçudur, çox çalışır və heç vaxt özünə inamını itirmir. Sentyabrdan bəri çox inkişaf edib”.
İtaliyalı mütəxəssis Gülərin “Barselona” ilə oyunda iştirak edə biləcəyini söyləyib: “Arda ilk "11-lik"də yer üçün komanda yoldaşları ilə mübarizə aparacaq".
Baş məşqçi “El-Klasiko” ilə bağlı da danışıb: “Ötən həftə qalib gəlməyə yaxın idik. Yeni şeylər sınamağa ehtiyacımız yoxdur. Biz ciddi oynamalıyıq. Qələbə qazansaq da, xal baxımından geri qalacağıq. La Liqa "Barselona"nın əlindədir".
Qeyd edək ki, “Barselona” - “Real Madrid” matçı mayın 11-də keçiriləcək.