
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Liverpul”un keçmiş çalışdırıcısı Yurgen Kloppu məşqçilik karyerasının ən çətin rəqibi adlandırıb.
Sportnet.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə “Marca” nəşrinə danışıb.
Onun sözlərinə görə, Kloppun komandasına qarşı oyunlar həmişə çox çətin keçib: “Kloppun çalışdırdığı “Liverpul” məşqçilik karyeramın ən böyük sınağı idi.
Bu rəqib bizə daim başağrısı olurdu. Məşqçilər korpusumla birgə “Liverpul”u necə dayandıracağımız barədə baş sındırırdıq.
Bəzən “bunu necə edim” deyə düşündüyüm vaxtların sabahı məyus olmuşam. Heç vaxt Kloppun “Liverpul”undan daha güclü rəqiblə qarşılaşmamışam”.
Qeyd edək ki, Y.Klopp 2015-2024-cü illərdə “Liverpul”un baş məşqçisi postunu tutub. Alman mütəxəssis “Liverpul”la Premyer Liqa və UEFA Çempionlar Liqasının qalibi olub.