
İngiltərənin “Bornmut” klubunun futbolçusu İlya Zabarnı yay transfer pəncərəsində komandasını dəyişə bilər.
Sportnet.az “Sky Sport”a istinadən xəbər verir ki, ukraynalı müdafiəçi Fransa PSJ-sinin maraq dairəsinə düşüb.
Paris təmsilçisi 22 yaşlı oyunçunu mövsümün sonunda yollarını ayırmağa hazırlaşdığı Markinyosun əvəzləyicisi hesab edir.
Zabarnının “Bornmut”la müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Qeyd edək ki, İlya Zabarnı cari mövsüm ərzində 36 oyunda meydana çıxıb.