
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu yeni baş məşqçi axtarışındadır.
Sportnet.az "goal.com" saytına istinadən xəbər verir ki, Ər-Riyad şəhərinin təmsilçisini bu posta üç mütəxəssisi nəzərdən keçirir.
Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyo ərəb komandasının əsas namizədidir. Digər variantlar arasında Marko Silva ("Fulhem", İngiltərə) və Nunu Eşpiritu Santu ("Nottengem Forrest", İngiltərə) var.
"Əl-Hilal" ötən həftə portuqaliyalı Jorje Jesuşu istefaya göndərdiyini açıqlamışdı.
Qeyd edək ki, Joze Mourinyonun mövsümün sonunda "Fənərbağça"dan ayrılacağı gözlənilir. Onun Portuqaliya milli komandasından təklifi olduğunu bildirilir.