
UEFA Çempionlar Liqasında (ÇL) həftənin ən yaxşı oyunçusu adına iki namizədin adını açıqlayıb.
Sportnet.az xəbər verir ki, bunlar Fransa PSJ-sinin müdafiəçisi Əşrəf Hakimi və İtaliya “İnter”inin qapıçısı Yann Zommerdir.
Zommer ÇL-in yarımfinalında İspaniya “Barselona”sı ilə cavab oyununda (4:3) fenomenal seyvlərinə görə seçilib.
Xatırladaq ki, PSJ və “İnter” ÇL-in finalına yüksəlib. Görüş mayın 31-də Almaniyada baş tutacaq.