
Mayın 11-də qeyd olunacaq Analar Günü münasibətilə “Milan” klubunun futbolçuları İtaliya A Seriyasının XXXVI turunun “Bolonya” ilə matçında analarının qız soyadları olan köynəkləri geyinəcək.
Sportnet.az xəbər verir ki, bu barədə “rossoneri”nin rəsmi saytı məlumat yayıb.
Oyunun keçiriləcəyi "San Siro" stadionunun ekranlarında və LED lövhələrdə "Milan"ın əfsanələrinin, futbolçularının və azarkeşlərinin göndərdiyi analarına məxsus fotolar nümayiş olunacaq. Bundan əlavə, ana və uşaqdan ibarət bir neçə azarkeş cütlük matçı VIP zonadan izləmək şansı əldə edəcək.
Qeyd edək ki, “Milan” – “Bolonya” matçı bu gün Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.